Avtomobillərdə titrəmələrin ƏSAS SƏBƏBİbackend

Avtomobillərdə titrəmələrin ƏSAS SƏBƏBİ

Adətən döngələrdə sürətli dönmə edərkən avtomobillərdə titrəmə baş verir.

KONKRET.az xəbər verir ki, ustalar bunu bir neçə səbəblə izah edirlər. Məsələn, sürətli dönmələrdə həm sükan çarxında, həm də avtomobilin gövdəsində bir çox vibrasiyalara rast gəlinir. Bu titrəmələr adətən nasazlıqdan xəbər verir. Əgər sükan çarxını döndərərkən xırıltı və ya cırıltı eşidirsinizsə, deməli, sükan sistemində ciddi nasazlıqlar var. Həmin problem sistemin dəyişdirilməsinə işarədir. Daxili birləşmədə nasazlıq nəinki asfalt olmayan yollarda, eləcə də magistrallarda avtomobilllərdə yüksək, xırtıldayan səslər çıxarır.

Digər problemin mənbəyi sürət qutusunda yerləşən köhnəlmiş ştativ ola bilər. Sürət qutusundakı bu rahatsızlıq təkərlərin vibrasiyasına səbəb olur. Bu komponent nadir hallarda uğursuz olsa da, onun deqradasiyası ciddi problemlərə səbəb ola bilər. Bu problemi müəyyən etmək həmişə ilk baxışdan dərhal aydın olmur.

Bəzən avtomobil sahibləri bu problemlə üzləşəndə ilk növbədə təkərləri balanslaşdırmaq, əyləcləri yoxlamaq və ya digər detalları dəyişdirmək barədə düşünməyə məcbur olurlar. Əgər düz yolda və döngələrdə avtomobilin “titrəməsi” davam edərsə, deməli, ştativin vəziyyətini qiymətləndirmək lazım gəlir.

Avtomobilin gövdəsində rezonans doğuran güclü vibrasiya həm də köhnəlmiş mühərrik dayaqları və ya ötürücü qurğularla bağlı ola bilər. Boş vəziyyətdə hətta kiçik bir titrəmə də hiss edilə bilər, lakin sürət zamanı montajların balanssızlığı səbəbindən bu, daha da güclənir.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*