Avtomobilləri oğurlayan 12 yaşlı yeniyetmə ələ keçdibackend

Avtomobilləri oğurlayan 12 yaşlı yeniyetmə ələ keçdi

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində 12 yaşlı yeniyetmə silsilə avtomobil oğurluqları ittihamı üzrə həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Vaşinqton şəhərinin Polis İdarəsi bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, tapançayla silahlanmış iki nəfər bir saat ərzində dörd dəfə oğurluğa cəhd edib. Cinayətkarlar sürücülərə yaxınlaşaraq onları silahla hədələyiblər və nəqliyyat vasitələrini tərk etməyi və açarları verməyi tələb ediblər. Sürücülərdən ikisi onlara tabe olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 12 yaşlı yeniyetmə oğlan həmin axşam həbs olunub və ona qarşı ittihamlar irəli sürülüb. Digər şübhəli şəxs isə qaçıb. Hazırda polis onu axtarır. /Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*