Avtomobildə arxa şüşədə yazı yazılmasına görə cərimə varmı?
KONKRET.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Rüfət Əmiraslanov mövzu ilə bağlı bunları deyib:
“Avtomobillərin üzərindəki və ya arxa şüşələrindəki yazılar reklam xarakterlidirsə, bunun üçün mavafiq qurumdan icazə alınmalıdır. Amma reklam xarakteri daşımayan yazılara görə heç bir cərimə nəzərdə tululmur”.
Xatırladaq ki, son günlər avtomobillərin arxa şüşələrindəki yazılara görə yol polisinin reydlərə başlaması haqqında məlumatlar yayılıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az