Moskvada avtomobillərin qeydiyyatı və vəsiqələrin verilməsi dayandırılıb.
KONKRET.az xəbər verir ki, paytaxtın Dövlət Yol Müfəttişliyi bildirib ki, buna səbəb yol polisinin resurslarındakı nasazlıq olub.
“İnformasiya ehtiyatlarının istismarında baş vermiş texniki nasazlıq səbəbindən Moskva şəhərinin Dövlət Yol Müfəttişliyinin bölmələrində nəqliyyat vasitələrinin qeydiyyatı və sürücülük vəsiqələrinin verilməsi üzrə dövlət xidmətlərinin göstərilməsi müvəqqəti olaraq dayandırılıb”, – deyə idarədən bildirilib.
Yol polisi onu da qeyd edib ki, mütəxəssislər artıq texniki nasazlığın nəticələrini aradan qaldırır.
Rəsmiyyə Şərifova,
KONKRET.az