“AvtoVAZ” bəzi “Lada”larda qiymətləri aşağı salacaqbackend

“AvtoVAZ” bəzi “Lada”larda qiymətləri aşağı salacaq

“2024-cü ildə dövlət dəstəyi tədbirləri sayəsində bəzi Lada modellərinin qiymətində azalma qeyd olunacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə AvtoVAZ-ın prezidenti Maksim Sokolov bildirib.

Sokolovun sözlərinə görə, Sənaye və Ticarət Nazirliyinin dəstəyi və Rusiya Federasiyası Prezidentinin tapşırığı ilə “bir sıra ən populyar əsas avtomobillərin 2023-cü il qiymətlərini saxlamaq üçün tədbirlər hazırlanır. Bu isə faktiki olaraq qiymətin azalmasına xidmət edəcək”, – Sokolov bildirib.

“Çünki qiymətin saxlanması inflyasiyanın indeksləşdirilməsi deməkdir və burada 2023-cü ilin qiymətləri saxlanılacaq, bu, əslində, 2024-cü ildə olacağımız inflyasiya səviyyəsinə qədər azalma deməkdir”, – deyə şirkət rəhbəri izah edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • ƏJDƏR
    Yanvar 14, 2024 - 00:13

    Kredit olacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*