“AvtoVAZ” məhkumları işə CƏLB EDƏCƏKbackend

“AvtoVAZ” məhkumları işə CƏLB EDƏCƏK

Rusiyanın və Şərqi Avropanın ən iri avtokonserni “AvtoVAZ” istehsalın artırılmasını təmin etmək üçün məhkumların Tolyattidəki zavoda işə cəlb etmək imkanını nəzərdən keçirir. Söhbət məcburi əməyə məhkum edilmiş insanlardan gedir.

KONKRET.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) şirkətin rəhbəri Maksim Sokolov yerli televiziyaya müsahibəsində deyib.

O qeyd edib ki, “AvtoVAZ”ın Tolyattidəki zavodunda işçi çatışmazlığı var:

“İstehsalı 20% artırmağı planlaşdırırıq, lakin sürəti artırmaq üçün əlavə işçilərə ehtiyac var. Gələn il Tolyattidəki zavoda əlavə 4000 insanı cəlb etmək üçün bütün vasitələrdən istifadə edirik”.

Şirkət rəhbəri onların maaş alacaqlarını bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*