Axalkalakidə iştişaş yaradan erməniyə rəsmi ittiham irəli sürüldü: 15 il həbsdə qala bilərbackend

Axalkalakidə iştişaş yaradan erməniyə rəsmi ittiham irəli sürüldü: 15 il həbsdə qala bilər

Gürcüstan Prokurorluğu Axalkalakidə baş vermiş qətl hadisəsi ilə əlaqədar tutulan Artur Qabrielyana qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah və sursat əldə etmək, saxlama və daşımaqda ittiham edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı JNews nəşri yayıb.

Hadisə avqustun 8-də gənclər arasında baş verib. Atışma zamanı 27 yaşlı bir kişi öldürülüb. Bu faciə iğtişaşlar üçün bir bəhanə olub. Mərhumun kəndçiləri qətldə şübhəli şəxsin yaxınlarının evlərini və maşınlarını darmadağın etməyə gediblər. Nəticədə vəziyyəti həll etmək üçün bölgəyə xüsusi təyinatlılar cəlb edilib.

Hazırda Axalkalakidə vəziyyət sabitləşib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Artur Qabrielyan (1983-cü il təvəllüdlü) tutulub.

Cinayətə görə cəza 7 ildən 15 ilə qədərdir.

İstintaq müəyyən edib ki, şübhəli A.Q. mübahisə zamanı V.M.-ni (1993-cü il təvəllüdlü) ölümcül odlu silahdan yaralayıb. V.M. xəstəxanaya aparılmadan ölüb.

Təqsirləndirilən şəxslərin şəxsi müayinəsi zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin törədildiyi silahı ələ keçiriblər.

A.Q. hadisədən bir neçə saat sonra isti təqibdə tutulub.

Babək Göyüş                                                                

KONKRET.az                                                                                         

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*