“Axios”: X sosial şəbəkəsi 70%-dən çox ucuzlaşıbbackend

"Axios": X sosial şəbəkəsi 70%-dən çox ucuzlaşıb

“X sosial şəbəkəsi (keçmiş Twitter) amerikalı sahibkar İlon Mask tərəfindən satın alındıqdan sonra 70%-dən çox ucuzlaşıb”.

KONKRET.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Qeyd olunur ki, “Fidelity” investisiya fondu Maska Twitter-i almaqda kömək etsə də, şirkətdə səhmlərin olmasına baxmayaraq, onun dəqiq maliyyə məlumatı yoxdur. Portal həmçinin yazır ki, noyabr ayında iş adamının Fələstin-İsrail münaqişəsi ilə bağlı açıqlamalarından sonra əməkdaşlıqdan imtina edən reklamçıların münasibəti nəticəsində sosial şəbəkə 10%-dən çox dəyər itirə bilərdi.

Qeyd edək ki, X-in sahibi dünyanın 500 ən varlı adamı siyahısında qalır – 2023-cü ildə o, 95 milyard dollardan çox qazanıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*