Axır ki, Rusiyadakı səfir geri çağrıldı – FOTObackend

Axır ki, Rusiyadakı səfir geri çağrıldı - FOTO

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Tasmaqambetov İmanqali Nurgaliyeviç pensiya yaşına çatması ilə əlaqədar Qazaxıstanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib. Fərmanı prezident Qassım-Comərt Tokayev imzalayıb.

Qeyd edək ki, dekabrın 9-da onun 63 yaşı tamam olub.

Yeri gəlmişkən, İmanqali Tasmaqambetov Qazaxıstanda böyük oliqarxlardan sayılırdı.

O, Qazaxıstan Respublikası Prezidentinin köməkçisi, Baş nazirin müavini,  Prezident Administrasiyasının rəhbəri, Baş nazir, Dövlət katibi, Müdafiə naziri kimi rəhbər vəzifələrdə çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*