“Axırıncı erməni işğalçısı Azərbaycan torpağından çıxana kimi biz dayanmayacağıq” – AÇIQLAMAbackend

"Axırıncı erməni işğalçısı Azərbaycan torpağından çıxana kimi biz dayanmayacağıq" - AÇIQLAMA

“Ermənistan hər zaman yaranan fürsətlərdən istifadə edir”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Elman Məmmədov bildirib.

O, qeyd edib ki, ermənilərin atəşkəs adı ilə ona-buna yalvarması onların növbəti riyakarlığı və saxtakarlığıdır:

“Bu, Ermənistanın zamanı qazanmaq üçün bir fürsətidir. İki gün ərzində bəzi dövlətlərdən Ermənistana sərnişin təyyarələri ilə silah-sursat daşınır. Onlar sadəcə fikir yayındırırlar. Azərbaycanı arxayın salıb, əks həmlələrlə öz iyrənc əməllərini həyata keçirmək istəyirlər. Bu məsələdə ermənilər tək deyil, onları başa salanlar və kömək edənlər var. Cənab Prezidentin qeyd etdiyi kimi kimə yalvarırlarsa yalvarsınlar, kimin ayağına yıxılırlar yıxılsınlar, nə hoqqadan çıxırlar çıxsınlar, onsuz da biz gedəcəyik, sona kimi davam edəcəyik. Ermənilərin murdar təxribatları Azərbaycan Ordusu tərəfindən daha sərt şəkildə cavablandırılacaq. Axırıncı erməni işğalçısı Azərbaycan torpağından çıxana kimi biz dayanmayacağıq”.

Deputat vurğulayıb ki, atəşkəs adı ilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri və beynəlxalq qurumlar sadəcə baş qatmaqla məşğuldur:

“Biz hərbi gücümüzdən istifadə edərək torpaqlarımızı azad etməli, erməniləri geri otuzdurmalıyıq”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*