Ayağı sürüşüb kanala düşdü – Ətrafda kimsə…backend

Ayağı sürüşüb kanala düşdü - Ətrafda kimsə...

Saatlı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

KONKRET.AZ xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Bahadur Behbudov yaşadığı məhəllədə hərəkətdə olarkən müvazinətini itirərək yaxınlıqdan keçən su kanalına düşüb. Həmin vaxt ərazidə heç kim olmadığından o boğularaq dünyasını dəyişib.

B.Behbudovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*