Müğənni Ayaz Babayev də terror aktı törədilən “Crocus City Hall”da olub.
KONKRET.az bildirir ki, müğənni bu barədə sosial şəbəkədə məlumat yayıb:
“Hamı narahatdır. Lakin çox şükür, bizdə salamatlıqdır. Həqiqətən, pis hadisə idi. Panikanı izah edə bilmərəm. Hamımızı çölə çıxartdılar. Bizim maşınımız orada qalmışdı, ona görə yenidən qayıtmalı olduq. Həyatımın şokunu yaşadım”.