Ayaz Salayevdən Röya ilə bağlı daha bir açıqlamabackend

Ayaz Salayevdən Röya ilə bağlı daha bir açıqlama

Xəbər verdiyimiz kimi “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanın Kann Film Festivalına qatılmasına münasibət bildirib. Bundan sonra Röya Ayxan isə instaqram hesabında video yayaraq A.Salayevin ünvanına sərt sözlər deyib.  

Manset.az məsələ ilə bağlı Ayaz Salayevlə əlaqə saxlayıb.

KONKRET.az xəbər verir ki, o, bildirib ki, Xalq artisti Röya Ayxana hörmətlə yanaşır:

“Mən artıq Röya ilə bağlı heç nə deməyəcəm. Röya çox gözəl qadındır. Mənim onunla  problemim yoxdur. Onun “mən öyrəşmişəm ölənləri diriltməyə, amma siz elə ölü qalın” deməsi qətiyyən mənə heç təsir etmədi. Nə istəyirsə, qoy desin. Mənə xoşdur”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*