Ayətəl-kürsi oxumaq istəyən adam 3 ayəni də oxumalıdırmı?backend

Ayətəl-kürsi oxumaq istəyən adam 3 ayəni də oxumalıdırmı?

Əksər hədis və rəvayətlərdə “ayətəl-kürsi” deyilərkən Bəqərə surəsinin 255-ci ayəsi (“Əliyyül-Əzim” kəlməsinə kimi) nəzərdə tutulub.

KONKRET.az bildirir ki, hədislərdə tək halda “ayə” kəlməsinin işlənməsi və yalnız bu ayədəki “kürsi” sözünün əlavə edilməsi də bu fikri qüvvətləndirir. Əksər təfsirçilər də məhz Bəqərə surəsinin 255-ci ayəsini ayətəl-kürsi olaraq təfsir ediblər. Lakin bəzi hədislərdə ayətəl-kürsini sonrakı iki ayə ilə birlikdə oxumaq tövsiyə edilib. Ənənəvi olaraq, əhli-sünnə müsəlmanlar arasında təkcə Bəqərə surəsinin 255-ci ayəsi, şiələr arasında isə 255, 256 və 257-ci ayələri ayətəl-kürsi sayılır. Rəhmətə gedən şəxsin dəfn gecəsində qılınması müstəhəb olan vəhşət namazında da müctəhidlər ehtiyata görə hər 3 ayəni oxumağı məsləhət görürlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*