“TrendForce” analitik şirkəti Ayfon-17 və Ayfon-17 Pro Maks modelləri üçün əhəmiyyətli qiymət artımı proqnozlaşdırır.
KONKRET.az xəbər verir ki, hesabata görə, Ayfon-17 Pronun başlanğıc qiyməti sələfi ilə müqayisədə 200 dollar artacaq.
Ayfon-17-nin baza modeli 799 dollarlıq başlanğıc qiymətini və 128 GB daxili yaddaşı saxlayacaq. Bununla belə, Ayfon- 17 Pro və Ayfon- 17 Pro Maksın qiyməti fərqli olacaq. Hər iki modelin baza versiyası indi 256 GB daxili yaddaşla təchiz olunacaq.
Ayfon-17 Pro 1199 dollara başa gələcək ki, bu da 128 GB-lıq versiya üçün 999 dollardan başlayan Ayfon-16 Prodan 200 dollar bahadır.
512 GB və ya 1 TB yaddaşa malik Pro modelləri almaq istəyənlər oxşar konfiqurasiyalar üçün keçən illə müqayisədə 100 dollar çox ödəməli olacaqlar. 1 TB yaddaşa malik ən yüksək səviyyəli Ayfon-17 Pro Maks 1699 dollara başa gələcək (sələfindən 100 dollar baha).