Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.
KONKRET.az Kredit.az-a istinadla xəbər verir ki, iclas zamanı artıq Agentliyin İcraçı direktoru vəzifəsinin ləğv edildiyi, əvəzində 3 üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradıldığı açıqlanıb.
Daha sonra Şura Agentliyin İdarə Heyətini formalaşdırıb. Müşahidə Şurası Aygün Əliyevanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur Bağırlını isə İdarə Heyəti sədrinin müavinləri təyin edib.
Qeyd edək ki, Aygün Əliyeva 2021-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru seçilmişdi.
