“Ayığın ağlında olan, sərxoşun dilindədir” – Kasparovdan Medvedev və Putinlə bağlı açıqlamabackend

“Ayığın ağlında olan, sərxoşun dilindədir” – Kasparovdan Medvedev və Putinlə bağlı açıqlama

“NATO ölkələri əsgərlərinin Ukraynaya gəlməsi və Rusiyaya qarşı döyüşməsi versiyası artıq fantastika deyil”.

KONKRET.az xəbər verir ki, bu sözləri dünya şöhrətli şahmatçı Harri Kasparov ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, hələlik siyasi reallığa çevrilməyib, amma görünür ki, Amerikadakı siyasi vəziyyətin dəyişməsi avropalıları bundan sonra nə olacağı ilə bağlı təsəvvürlərini dəyişməyə məcbur edəcək.

H.Kasparov hesab edir ki, bu, hətta Ukraynanı xilas etmək məsələsi də deyil. Çünki Ukraynanın bir hissəsinin qurban verilməsi və Avropada sülhün qorunması zəmanəti verilsəydi, Qərb buna gedərdi: “Amma onlar da axmaq deyillər. Onlar da kitab oxuyurlar”.

Onun fikrincə, “sülh tərəfdarları”nın “biz razılaşmalıyıq”, “Ukraynaya təzyiq edəcəyik” kimi fikirlərini artıq Putin özü qəbul etmir və müharibəyə davam edəcəyini söyləyir.

Bu baxımdan Qərb başa düşür ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin açıqlamaları əslində Putinin sözləridir.

“Ayığın ağlında olan, sərxoşun dilindədir. Medvedev çıxıb Avropa xəritəsinin qarşısında çıxış edəndə avropalıları nə gözlədiyi ilə bağlı hər şey aydın olur”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*