Aynişanın beyni çöndü: “Siz kimsiniz ki, həyatıma müdaxilə edirsiniz?”backend

Aynişanın beyni çöndü: “Siz kimsiniz ki, həyatıma müdaxilə edirsiniz?”

“Siz kimsiniz ki, mənim həyatıma müdaxilə edib məsləhət verirsiniz?”

KONKRET.az xəbər verir ki, bunu izləyicisinə bloqçu Aynişan Quliyeva bildirib.

Onun “Instagram” səhifəsində paylaşımına izləyicilərindən biri dodaq büzüb: “Yaş üstə yaş gəlir. Aynişan nə zaman ailə qurub, övlad sahibi olacaq? Axı övladı hər yaşda dünyaya gətirmək olmaz. Özünü sev. Dünya malı dünyada qalır. Sizdən geriyə nə qalacaq? Bunu düşünün”.

Bu sözlərə bloqçu sərt münasibət bildirib: “Siz kimsiniz ki, mənim həyatıma müdaxilə edib məsləhət verirsiniz? Haradan çıxıb ki, hər qadının borcu uşaq dünyaya gətirməkdir?

Hər insanın öz həyatı, öz seçimi var. Siz isə əvəzinə, öz həyatınızı qurmağa baxın. Mənim seçimlərim sizi niyə bu qədər narahat edir? Öz həyatınız bu qədər maraqsızdır? Bu cür beyin haradan gidalanır? Bunun bir mənbəyi var? Xüsusi bir pəhriz rejimi-filan tədbiq olunur? Beyin hüceyrələrini bu qədər işə salamamaq üçün nə yeyib-içirlər? Vallah, öyrənmək istəyirəm, çünki bu qədər sərhədsiz fikir bildirmək, insanın şəxsi həyatına bu qədər rahat müdaxilə etmək ciddi istedaddır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*