Ayrapetyan: “Paşinyan hakimiyyəti Əliyevin dəstəyi sayəsində saxlaya bilir”backend

Ayrapetyan: “Paşinyan hakimiyyəti Əliyevin dəstəyi sayəsində saxlaya bilir"

“Hamı sərhədlərin delimitasiyasından danışır, amma burada heç bir proses yoxdur. Çünki normal xəritələr üzrə kompromis əldə edilməyib. Bu prosesdə nə vasitəçilər var, nə də müəyyən beynəlxalq mexanizmlər. Sadəcə olaraq, ortaq razılaşmalar var”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni ekspert Tatevik Ayrapetyan bildirib.

Ayrapetyan xatırladıb ki, “Paşinyanın bəyanatlarında məqsəd odur ki, Qarabağ məsələsi nəhayət tarixə düşəcək və heç kimin bu barədə danışmaq imkanı olmayacaq. Görürsən, Azərbaycanla bağlı beynəlxalq məhkəmələrdə iddialar var, Azərbaycan da irqçi dövlət olmaqda ittiham olunur, fikir verirsinizsə, son vaxtlar Azərbaycan çox fəallıq göstərir ki, Ermənistan o iddiaları geri götürsün”.

O daha sonra bildirib:

“Paşinyan hakimiyyəti Əliyevin dəstəyi sayəsində saxlaya bilir. O, xalqın qorxusunu müharibə ilə idarə edir və bundan xalqa qarşı istifadə etməkdə davam edir. Bu arada Azərbaycanda tamam başqa reallıq var. Əgər Azərbaycan bu gün də xarici səfirlərlə görüş zamanı ölkəmizi Qərbi Azərbaycan adlandırırsa və buna heç bir reaksiya yoxdursa, deməli, onlar sadəcə olaraq Ermənistandakı reallığı ört-basdır edirlər.

Paşinyan öz hakimiyyətini saxlamaq üçün Azərbaycanın istəklərini təmin edir. Özü də anlayır ki, o, hərbçi deyil, müharibədən, danışıqlardan heç nə başa düşmür və hakimiyyəti çox sevdiyini anlayıb, sadəcə hakimiyyəti qoruyub-saxlamağın yolunu axtarır”.

Tatevik Ayrapetyanın sözlərinə görə, 2021-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərindən əvvəl Paşinyanın təslim olduğu və heç nə etmək fikrində olmadığı artıq bəlli idi”.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*