Ayrılıq səbəbi bu imiş – FOTObackend

Ayrılıq səbəbi bu imiş - FOTO

Məşhur aktrisa Hande Erçel ilə iş adamı Hakan Sabancının üç ildir davam edən münasibəti gözlənilmədən başa çatıb. Ayrılığın pərdəarxasında isə Hakan Sabancı’nın anası Arzu Sabancı’nın evliliyə razılıq verməməsi olduğu iddia edilir. Erçel’in sosial mediada birlikdə çəkilən şəkilləri silməsi isə söz-söhbətləri daha da gücləndirib.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, bir müddətdir evlilik yolunda olduqları deyilən cütlüyün sürpriz şəkildə ayrılması magazin gündəmini silkələyib. Hande Erçel’in Instagram hesabından Sabancı ilə romantik fotolarını silməsi, “ayrılıq artıq qəti” kimi dəyərləndirilib.

Cütlüyün yollarını ayırmasının əsas səbəbi kimi “ailə faktoru” göstərilir. İddialara görə, Hande Erçel evlilik qərarı versə də, Arzu Sabancı bu nikaha müsbət yanaşmayıb. Anasının etirazından sonra cütlüyün İtaliya səfərindən dönüşdə ayrılıq qərarı aldığı irəli sürülüb.

Arzu Sabancı’nın sosial media paylaşımı da böyük rezonans doğurub. O, Instagram hesabında belə yazıb:

“Cəhalət də yuxu kimidir. Səni oyadan insana ilk reaksiyan qəzəb olar.”

Bu paylaşım qısa müddətdə gündəmi zəbt edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*