Aysel Süleymanova AZAL-dakı vəzifəsindən getdibackend

Aysel Süleymanova AZAL-dakı vəzifəsindən getdi

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələr və kommunikasiya idarəsinin rəisi Aysel Süleymanova vəzifəsindən ayrılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Süleymanovanın özü məlumat verib.

O bildirib ki, alternativ iş təklifi aldığına görə işdən çıxıb: “Dünən AZAL-da sonuncu iş günüm idi. Alternativ iş təklifi aldığıma görə işdən uzaqlaşmışam”.

Xatırladaq ki, A.Süleymanova bu vəzifəyə 2023-cü ilin sentyabrında təyin edilmişdi. Hələ ki, həmin vəzifəyə təyinat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*