Məşhur aparıcı Aytən Səfərovanın vəhşicəsinə öldürülərək meyiti yandırılan Nərmin haqqında çıxışı diqqət çəkib.
KONKRET.az bildirir ki, aparıcı öz şəxsi İnstaqram hesabında və ATV telekanalında yayımlanan “Bizimləsən” layihəsində hadisə barəsində analoji muqayisələr yaradaraq, Nərminin ölümündə günahı bir az da olsa jurnalist mövqeyinin səhv təqdimatında görüb. O, həmçinin adını qeyd etmədiyi jurnalist həmkarına səslənərək, “mən sənin izinə düsmüşdüm, ay cinayətkar “ dediyini xatırladıb:
“Yadımdadır, bir neçə il əvvəl Rusiyada “Nord-Ost”da terrorçular insanları girov götürəndə, TV saatlarla həmin ərazidən canlı baglantılar edirdi. Xüsusi təyinatlılar insanları oradan (minimum qurban vermək şərtilə) sağ çıxartmaq, silahlıları zərərsizləşdirmək məqsədilə hücuma hazırlaşanda TV-də canlı yayıma çıxan qeyri-peşəkar jurnalist digər həmkarlarından fərqlənmək, yaxud daha məlumatlı olduğunu isbat etmək məqsədilə “bir neçə dəqiqəyə “Alfa” qrupu binaya damdan girəcək” deyərək, vəziyyəti nəinki alt-üst etmiş, cinayətkarları (hansılar ki, TV-ni də diqqətlə izləyirdilər) bununla, sözsüz ki, hürküdərək, onlara özü də tam anlamayaraq, öz işlərini daha rahat görməyə kömək etmişdi. Nəticədə də onlarla ölü və sıfır sayda sağ qalan! Sözümün canı nədir? Balaca Nərminin belə faciəvi ölümündə öz öhdəliyini sonadək bilməyən, hər addımını aləmə car çəkən qeyri-peşəkar jurnalist (hətta jurnalistikanın sonadək nə olduğunu anlamayaraq aparıcılıq edən) həmkarlarımın da “əməyi” var! Bu gun mediada qeyri-peşəkarlıq hökm sürməkdədir: tanışlıq, daydaylıq, qohumluqla bu gün öz yerində olmayan, hardansa tapşırılaraq savadlı kadrların başının üstündən gətirib otuzdurulan aparıcılar, redaktorlar və s. Buna da son qoyulmalıdır”.
Aparıcı əmin olduğunu bildirib ki, Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşları cinayətin üstünü tezliklə açaraq, bu müsibəti balaca bir mələyin başına gətirən hər bir murdarı cəzalandıracaq.