Azad olunmuş rayonlara qayıdış üçün ayrılacaq vəsaitin MƏBLƏĞİbackend

Azad olunmuş rayonlara qayıdış üçün ayrılacaq vəsaitin MƏBLƏĞİ

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin edilməsi Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub və bu prioritetin reallaşdırılması üçün 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilib.

KONKRET.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin məlumatında əksini tapıb.

Qeyd edilib ki, Proqram Milli Prioritetlər üzrə iki məqsədə – əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası məqsədlərinə xidmət edir. Proqram üzrə tədbirlərin infrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf-mühitin tarazlı inkişafı üzrə müəyyən edilmiş hədəf göstəricilərinə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur.

362023-cü ildə icraçı qurumlar tərəfindən təqdim edilmiş son məlumatlara əsasən Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur. 2020-2022-ci illərin dövlət büdcəsindən bu məqsədə təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılmışdır. Cari ilin dövlət büdcəsində sözügedən Proqramın icrası üçün 5,3 milyard manat, 2024-2026-cı illərdə ümumilikdə 10,6 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, proqnozlaşdırılan vəsait də nəzərə alındıqda Proqramın icrası üçün 2020-2026-cı illər üzrə ümumilikdə ayrılacaq vəsaitin həcmi 22,4 milyard manata çatdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*