“AZAL-ın ancaq yaxın turizm şirkətlərinə ucuz biletləri satması ciddi araşdırılmalıdır” – Ekspertbackend

“AZAL-ın ancaq yaxın turizm şirkətlərinə ucuz biletləri satması ciddi araşdırılmalıdır” - Ekspert

Xəbər verdiymiz kimi, ötən gün AZAL 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan edib. Lakin qeyd edilən saatdan etibarən saytın onlayn satış bölməsi işləməyib. Bu barədə vətəndaşlar sosial şəbəkədə hesablarında məlumat paylaşıblar.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Azərbyacan İnternet Forumunun prezidenti Osman Gündüz Demokrat.az-a açıqlamasında bildirib ki, bu, xoşagəlməz hadisədir:

“Bu, birbaşa işə məsuliyyətsiz yanaşmanın nəticəsidir. Bunun başqa adı yoxdur! Sadəcə öncədən hesablamalar olmalı idi. Ciddi audit aparılmalı idi. Baxış keçirilməli idi ki, bu resur nə qədər müraciətlərə tab gətirəcək, nə qədər sorğuları eyni anda cavablandıra biləcək. Çünki bunların hamısı qabaqcadan resurs hazırlananda testdən keçirilir. Bu, adi informasiya təhlükəsizliyi məsələləridir.  Bu resurs hazırlananda, ona vəsaitlər ayrılanda təhlükəsizlik məsələləri nəzərə alınmalıdır. Görünür ki, bunları nəzərə almayıbdır ki, eyni anda müraciətlər çox ola bilər. Təbii ki, müraciətlər çox olanda da resursun gərək ki, tələbatı ona cavab versin. Təbii ki, resurs da bu tələbata cavab vermədiyinə üçün köçüb.

AZAL-ın ancaq yaxın turizm şirkətlərinə ucuz biletləri satdığı iddialara gəlincə, deyim ki, bunu araşdırma ilə bilmək olar. Bunu müvafiq qurumlar ciddi araşdırılmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*