AZAL İrana uçuşları məhdudlaşdırdıbackend

AZAL İrana uçuşları məhdudlaşdırdı

Mövcud epidemioloji vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC (AZAL) İrana və əks istiqamətdən olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə AZAL-ın rəsmi açıqlamasında bildirilib.

Fevralın 29-dan etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin Tehran-Bakı istiqaməti üzrə yerinə yetirilən reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq.

Yuxarıda qeyd olunan meyarlara cavab verməyən sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə aviaşirkətin 24 saat işləyən çağrı mərkəzi – [email protected] ilə əlaqə saxlaya bilər.

Əvvəl də qeyd edildiyi kimi, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirmiş, bu istiqamətdə əlavə tədbirlər görüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*