“AZAL” sərnişinlərini öldürən BU ŞƏXS İMİŞ – ŞOK DETALLAR (FOTO)backend

“AZAL” sərnişinlərini öldürən BU ŞƏXS İMİŞ - ŞOK DETALLAR (FOTO)

2024-cü il dekabrın 25-də vurulan AZAL sərnişin təyyarəsinə atəş açmış hərbi heyətin rəhbərinin kimliyi və fotosu ifşa edilib.

Söhbət Rusiya Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qüvvələrinin 14-cü ordusunun 80-ci zenit-raket alayının 1-ci divizionunda xidmət edən, “Pantsir-S” zenit-raket və artilleriya kompleksinin döyüş maşını №274-ün hesab rəhbəri Dmitri Sergeyeviç Paladiçukdan gedir. O, hərbi hissə №75564-də xidmət edir.

Кто убил пассажиров AZAL — вот его лицо. Эксклюзив Minval Politika<span style="font-kerning: none;"></span>

KONKRET.az xəbər verir ki, Minval-ın əldə etdiyi məlumata əsasən, məhz onun rəhbərlik etdiyi hesab həmin gün AZAL təyyarəsinə ölümcül zərbə endirib. Hadisədən 7 aydan çox vaxt keçsə də, faciəyə görə heç bir şəxs məsuliyyətə cəlb olunmayıb.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev çıxışında sərnişin təyyarəsinə atəş açılması ilə bağlı rəsmi Bakının beynəlxalq məhkəmələrə iddialar hazırladığını bəyan etmişdi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*