AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcəkbackend

AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək

AZAL bu şirkətə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəyəcək.

KONKRET.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.

Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.

  • GARACHANTA
    Dekabr 26, 2024 - 22:23

    AZAL həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəyəcək…….AZAL ödəməməlidir ….Rusiya həlak olanların hər birinin ailəsinə 40 000 000 manat kompensasiya ödəməlidir…..Vətəndaşlarımızın Qədrini Bilək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*