Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının nədə təqsirli bilindiyi bəlli olub.
KONKRET.az xəbər verir ki, o, 182.2.3 (Hədə-qorxu ilə tələb etmə,zor tətbiq etmə ilə törədildikdə) təqsirli bilinir.
Vəkili Aqil Layıc bildirib ki, Azər Qasımlı hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.
***
Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Samirə Qasımlı məlumat yayıb. O bildirib ki, A.Qasımlı oğlunu futboldan götürməyə gedərkən saxlanılıb.