Azərbaycan 40 min suriyalı qaçqını humanitar yardımla təmin etdibackend

Azərbaycan 40 min suriyalı qaçqını humanitar yardımla təmin etdi

Suriyda yeni keçid hökuməti yaradıldıqdan sonra Azərbaycan Hələblə əməkdaşlığa start verib.

KONKRET.az xəbər verir ki, öncə Azərbaycanın Suriyadakı səfirliyi öz işini bərpa edib.

Bundan sonra Azərbaycandan Suriyaya humanitar yardım göndərlib. Azərbaycandan gələn humanitar yüklər ünvana çatan kimi köçkünlərə paylanılması prosesi başlayıb.

Növbəti humanitar aksiya Hələb vilayətinin Karaköprü kəndində həyata keçirilib. Köçkün düşərgəsində təşkil edilmiş humanitar yardımın paylanması aksiyasında Azərbaycan Respublikasının Suriyadakı səfirliyinin əməkdaşları da iştirak ediblər.

Azərbaycanın qardaş Suriya xalqına göndərdiyi 200 ton humanitar yardımdan 8 min məcburi köçkün ailəsi yararlanıb ki, bu da 40 minə yaxın insan deməkdir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*