Azərbaycan adambaşına düşən qızıl və valyuta ehtiyatlarına görə MDB-də liderdirbackend

Azərbaycan adambaşına düşən qızıl və valyuta ehtiyatlarına görə MDB-də liderdir

Belarusiyanın banki24 saytının dərc etdiyi analitik araşdırmada deyilir ki, 2019-cu ilin əvvəlindən bəri Azərbaycanın qızıl-valyuta ehtiyatları (qızıl ehtiyatları) 11.4% artaraq 49.2 milyon dollara çatıb.

Araşdırmada qeyd olunur ki, “neft və qaz ehtiyatları olan dövlətlərdə valyuta ehtiyatlarının bir hissəsi hələ də strateji dövlət fondlarında toplanır. Azərbaycanda bu ARDNF-dir (Azərbaycan Respublikası Dövlət Neft Fondu). Ümumilikdə, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi qızıl-valyuta ehtiyatları 11,4% artaraq 49,2 milyon dollara çatıb. ARDNF-in ümumi qızıl və valyuta ehtiyatlarında payı 87,5%-dir.

KONKRET.az bidlirir ki, saytın hesablamalarına görə, 2019-cu ilin noyabr ayının sonunda Azərbaycanda adambaşına düşən qızıl ehtiyatları 4.89 min dollar təşkil edib: “Bu göstəriciyə görə, Qazaxıstan və Rusiyanı keçərək, MDB ölkələri arasında Azərbaycan birinci yeri tutdu. İlin əvvəlindən etibarən Azərbaycanda adambaşına düşən qızıl ehtiyatları 470 dollar artmışdır”.

2018-ci ilin sonundan 2019-cu ilin noyabrınadək olan dövrdəki hesablamalara görə, MDB və Şərqi Avropanın 18 ölkəsindən qızıl və valyuta ehtiyatları dollar ifadəsində 16 dövlətdə artıb və bunlardan yalnız Bolqarıstan və Rumıniyada azalıb. MDB məkanında bütün ölkələr qızıl və valyuta ehtiyatlarını artırıblar, lakin Qazaxıstan və Gürcüstanda bu artım ən aşağı olub.

Azərbaycanın qızıl-valyuta ehtiyatları AMB-nin ehtiyatlarından və Dövlət Neft Fondunun aktivlərindən formalaşır.

1 oktyabr 2014-cü il tarixinə Azərbaycanın valyuta ehtiyatları ən yüksək səviyyəyə – 53,7 milyard dollar səviyyəsinə çatmışdı. 2014-cü ilin dördüncü rübündə valyuta ehtiyatlarının azaldılması prosesi başlamış, 2015-2016-cı illərdə milli valyutanın məzənnəsini qorumaq məqsədi ilə davam etmişdi. 2017-ci ildən etibarən valyuta ehtiyatlarının yenidən artımı başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*