Azərbaycan Afrika ölkələrinə vaksin göndərdibackend

Azərbaycan Afrika ölkələrinə vaksin göndərdi

Türk Dövlətləri Təşkilatı tərəfindən Afrika ölkələrinə 611 200 doza miqdarında koronavirus peyvəndi bağışlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sözügedən peyvəndlər dekabrın 6-da hərbi yük təyyarəsi ilə Afrikanın Burkina-Faso (400 min doza “Sinovak”) və Toqoya ( 211 200 doza “Sinopharm”) hədiyyə olaraq çatdırılıb.

Bağışlanan vaksinlərin Türkiyə (200 min doza “Sinovac”), Azərbaycan (100 min doza “Sinovac”), Özbəkistan (100 min doza “Sinovac”) və Macarıstan (211 200 doza “Sinopharm”) tərəfindən ayrıldığı bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*