“Azərbaycanın məqsədi Ermənistanı məhv etməkdir”.
KONKRET.az xəbər verir ki, belə bir sərsəm açıqlama ilə erməni politoloq Armen Ayvazyan çıxış edib.
Onun fikrincə, Azərbaycan Ermənistan hakimiyyəti üzərində tam nəzarət qurmaq istəyir: “Azərbaycan tələb etdiyi anklavları alandan sonra da dayanmayacaq, yeni tələblərini səsləndirəcək. Ermənistan hakimiyyəti Türkiyənin tələblərinə tabedir. Bu gün biz artıq “erməni soyqırımı”nın tanınması ilə bağlı sözlər eşitmirik”.
Ayvazyan qeyd edib ki, Ermənistan hakimiyyəti hansısa sülh gündəmi haqqında danışmağa davam edir. “Rusiya və Qərb bu yanaşmanı bizə aşılamağa çalışır, bəyan edir ki, Türkiyə guya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına dəstək verə bilər”, – ekspert vurğulayıb.
Natiq Səlim,
KONKRET.az