Azərbaycan-Avstriya Qarışıq Komissiyasının həmsədri dəyişdibackend

Azərbaycan-Avstriya Qarışıq Komissiyasının həmsədri dəyişdi

Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri dəyişib.

KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Komissiyanın həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziri olub. Dəyişikliyə görə, bundan sonra həmsədr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*