Azərbaycan badmintonçusu beynəlxalq turnirin qalibi olub – FOOTbackend

Azərbaycan badmintonçusu beynəlxalq turnirin qalibi olub - FOTO

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Misirin paytaxtı Qahirədə keçirilən “International Series” kateqoriyalı “Egypt International 2019” turnirinin qalibi olub.

KONKRET.az-ın Badminton Federasiyasına istinadən məlumatına görə, idmançı reytinq fovariti olduğu yarışın finalında çexiyalı Milan Ludikini məğlub edib.

Təmsilçimiz həlledici görüşdə 2:0 (21:17, 21:12) hesabı ilə qalib gələrək, turnirinin qızıl medalını qazanıb. O, bununla aktivinə 2,500 reytinq xalı yazdırıb.

Turnirə 1/16 finaldan başlayan Ezmi Qovimuramadhoni isə ilk görüşündə İrlandiya badmintonçusu Conatan Dolana 0:2 (17:21, 16:21) hesabı ilə uduzub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*