“Azərbaycan bizdən 4 kənd istəyir, susuruq” – Vahe Ovannisyanbackend

“Azərbaycan bizdən 4 kənd istəyir, susuruq” - Vahe Ovannisyan

“Bu ölkədə adam yoxdur. Mənə elə gəlir ki, ölkənin nə ziyalısı nə iqtisadçısı, nə də həkimi var. Bu ölkə onsuz da ölüb”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Alternativ Layihələr Qrupu”nun həmtəsisçisi Vahe Ovannisyan yazıb.

O, daha sonra fikrini belə davam etdirib: “Bir sözlə, dilsiz ölkəyə çevrilmişik. Aydındır ki, hökumət belə bir ölkə ilə nə istəsə edəcək, düşmənin belə bir ölkədən nə istəsə, onu alacağı da bəllidir. İnsanlar ən kiçik maraqlarını qorumaqdan qorxurlar. Ən çox belə bir ifadəni təkrarlayırlar: heç nəyi siyasiləşdirməyin.

Hökumət açıq-aşkar avantürizmlə hamımızı fəlakətə sürükləyir. Cəmiyyət isə susur, səsini çıxarmır. Sabah İrəvan bombalananda yenə deyəcəklər: bunu siyasiləşdirməyin, bu, siyasi məsələ deyil, sadəcə, bombardmandan söhbət gedir. Bu cəmiyyət deyil, bu, özümüzün düzəltdiyimiz böyük konsentrasiya düşərgəsidir.  Azərbaycan Ermənistandan 4 kənd tələb edir, heç bir reaksiya yoxdur, sanki söhbət bir kiloqram almadan gedir.

Ölkə Rusiya ilə kəskin qarşıdurmaya gətirilir. Səs yoxdur, sanki bu məsələlərin onlara dəxli yoxdur. İndi elə bir vəziyyətdəyik ki, tarixi-ictimai reallıqları nəzərə almadan, kilsə ardıcıllarının nəhəng ordusunu nəzərə almadan Erməni Apostol Kilsəsinə qarşı kampaniyaya başlamışıq. Bu, əvvəllər az adamın ağlına gələ bilərdi. Biz niyə bir milyon insanla küçəyə çıxıb kilsənin yanında dayana biləcəyimizi açıqlamırıq? Niyə onlar bu variantdan qorxmurlar? Düşünürlər ki, bu cəmiyyətlə istənilən oyunu oynaya bilərlər. Baxın, cəmiyyətin təməlini belə sarsıdıblar. Almanlar Osventsim düşərgəsindən çıxanda orada xeyli sayda əsir qalmışdı. Ruslar bu düşərgəyə 10 gündən sonra gəlmişdilər. Həmin dövrdə əsirlər azad olsalar da, heç yerə qaçmamışdırlar, təşkilatlanmalı olduqlarını dərk etməyə gücləri və iradələri belə yox idi. Onların əsas məşğuliyyəti qidalanmaq, kazarmaları qızdırmaq idi. İndi biz belə bir vəziyyətdəyik. Zaman və reallıqda itmişik, məhv olmuşuq. Təbii ki, bu da bir yaşam tərzidir. Ona görə də atmosferi, əhval-ruhiyyəni dəyişmək lazımdır. Bəs bunu necə etməliyik?

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*