Azərbaycan boksçusu Abbasqulu Şadlinski (75 kq) Portuqaliyada qızıl medal qazanıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, milli üzvü Braqada keçirilən beynəlxalq turnirin qalibi olub.
Şadlinski yarımfinalda Françisko Silvanı (Portuqaliya) mübarizədən kənarlaşdırıb.
O, finalda isə bəhreynli Hassan Camşirlə döyüşüb və qələbə qazanıb.