backend

“Azərbaycan bu halda hərbi əməliyyatlar keçirmədən Xankəndiyə daxil olacaq” – İLGİNC AÇIQLAMA

“Azərbaycanın məqsədi Xankəndinə qədər irəli getməkdir”.

Bu fikiri Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların keçirdiyi aksiya haqda KONKRET.az-a danışan politoloq Əlimusa İbrahimov səsləndirib. O bildirib ki, çox qısa zamanda Xankəndidə Ruben Vardanyan və onun kimilərin dayaq nöqtəsi hesab etdiyi separatçılar qalmayacaq:

“Separatçıların hay-küy salmasının əsas səbəbi onların nəzarətində olan ərazilərin ciddi şəkildə boşalmasıdır. Vəziyyət o həddə çatıb ki, Vardanyan qapı-qapı gəzsə də, mitinq keçirmək üçün adam toplaya bilmir. Təbii ki, əgər vardanyan və digər separatçı rəhbərlər imkan versələr, çox qısa zamanda Xankəndinin boşaldılmasının şahidi olacağıq. Ancaq separatçılar maksimum şəkildə buna mane olmağa çalışırlar. Odur ki, həmin ərazidə yaşayan erməniləri qorxudurlar. Eyni zamanda Rusiya sülhməramlıları da ermənilərin Xankəndini boşaltmasında maraqlı deyil. Təbii ki, əgər aksiya keçirildiyi qısa müddət ərzində ermənilər qorxuya düşərək  Xankəndidən çıxmağa çalışırsa, bu halda Azərbaycan hərbi əməliyyatlar keçirmədən Xankəndiyə daxil ola bilər. Amma hələlik bunun üçün ciddi maneələr mövcuddur. Öncə Vardanyan Xankəndidən çıxarılmalıdır. Əgər Azərbaycanın təzyiqi nəticəsində bu, baş verərsə, o zaman Xankəndidən ermənilərin çıxarılmasına ehtiyac qalmayacaq. Çünki onlar Azərbaycanın diktə etdiyi şərtlər daxilində yaşamağa məcbur olacaqlar. Çünki rəsmi Bakı istədiyini əldə etmədən geri çəkilməyəcək”.

Professor Əlimusa İbrahimov: Vətən müharibəsi şanlı tariximizin ən parlaq  səhifəsidir - AZƏRTAC

Əlimusa İbrahimov əlavə edib ki, Azərbaycanın məqsədi Xankəndinə qədər irəli getməkdir: “Rəsmi Bakı bu əraziləri də nəzarətə götürməyi qarşıya məqsəd qoyub. Düşünürəm ki, xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər imkan tapan kimi oranı tərk edəcəklər. Çünki onlar azərbaycanlılarla birgə yaşamağın nə dərəcədə ağır olduğunu dərk edirlər. Azərbaycan xalqına qarşı etdikləri vəhşiliklərin fərqindədirlər. Bundan sonra orada azərbaycanlılarla çiyin-çiyinə yaşamağa adam qalacaqsa, onların sayı çox az olacaq. Bunlar da Xankəndi və ətraf ərazilərdən çıxıb getməyə imkan tapmayan ermənilər olacaq. İstənilən halda Azərbaycan tərəfi oradakı erməniləri çıxarmağı və bizim başımıza açdıqları müsibətləri onlara yaşatmağı qarşıya məqsəd qoymayıb. Rəsmi Bakının məqsədi regionda sülh və əminamanlıq şəraitində birgəyaşayışı təmin etməkdir. Amma təbii ki, erməniləri Azərbaycanda yaşayan digər xalqlarla bir səviyyədə tutmaq olmaz. Çünki Azərbaycan xalqına və torpağına qarşı ermənilərqədər satqınlıq edən ikinci bir millət yoxdur və bundan sonra da yəqin ki, olmayacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*