Azərbaycan cüdoçusu Avropa çempionu oldubackend

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycanın yeniyetmə cüdoçusu Bahadur Feyzullayev (50 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

KONKRET.az-ın məlumatına görə, idmançı finalda Ukrayna təmsilçisi Rostislav Kostrikinlə üz-üzə gəlib.

Rəqibini məğlub edən Feyzullayev turnirin qalibi olub.

Qeyd edək ki, bu gün Nihad Rəhimov (60 kq) və Diana Eldarova (48 kq) da üçüncü yer uğrunda görüşə çıxacaqlar.

Yarış iyunun 30-da başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*