Azərbaycan Dəmir Yolları QSC cərimələndibackend

Azərbaycan Dəmir Yolları QSC cərimələndi

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Dəmiryolservis MMC barəsində inzibati qaydada protokol tərtib edib.

KONKRET.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) əsasən tərtib edilən protokol baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilib. İşə hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.(unikal.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*