Azərbaycan din azadlığının təmin olunduğu ölkələr siyahısına daxil edildibackend

Azərbaycan din azadlığının təmin olunduğu ölkələr siyahısına daxil edildi

ABŞ hökuməti tərəfindən din azadlığı pozulmuş ölkələrlə bağlı ictimaiyyətə məlumat verilib.

KONKRET.az xəbər verir ki, eyni zamanda ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) bununla əlaqədar bəyanatı dərc edilib.

Dövlət Departamentinin məlumatında 1998-ci il tarixli Beynəlxalq Dini Etiqad Azadlığı Aktına əsasən, ölkələr “xüsusi narahatlıq yaradan” və “xüsusi izləmə” olmaqla 2 təsnifat üzrə qruplaşdırılıb.

Qeyd edək ki, BDAK-ın bəyanatında Komissiya tərəfindən dərc edilmiş 2020-ci il hesabatında növbəti dəfə ədalətsizliyə yol verilərək bir sıra ölkələrlə yanaşı, Azərbaycanın da “xüsusi izləmə“ siyahısına daxil olunması tövsiyəsi xatırladılıb. Lakin ABŞ-ın dövlət katibinin tövsiyəsi əsasında Azərbaycan bu il “xüsusi narahatlıq yaradan” və ya “xüsusi izləmə” siyahılarına daxil edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*