Azərbaycan diplomatları erməni deputatı çıxılmaz vəziyyətə saldıbackend

Azərbaycan diplomatları erməni deputatı çıxılmaz vəziyyətə saldı

“Rusiya hərbi bazasının Ermənistanda olmasının səbəbini hamımız bilirik və indi heç nəyi dəyişməyə əsas yoxdur”. KONKRET.az xəbər verir ki, bu barədə Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşlarının Ermənistan ərazisindəki rus qoşunlarının mövcudluğunun ölkənin suverenliyi ilə necə uyğun gəldiyi barədə suala cavabında Ermənistanın ABŞ-a səfər edən parlament nümayəndə heyətinin rəhbəri Lilit Makunts bildirib.

“Bu sualın cavabı Ermənistan-Türkiyə sərhəddinin qorunmasıdır. Ölkə ərazisində hərbi bazanın yerləşdirilməsi qərarı qarşılıqlı razılıq ilə qəbul edilib və indi bunun dəyişdirilməsinə heç bir əsas yoxdur”,deyə Lilit Makunts cavab verib.

O, həmçinin qeyd edib ki, Ermənistan-Amerika münasibətlərini institusional sferaya köçürməyin vaxtı çatıb ki, bu münasibətlər təkcə fərdlər baxımından deyil, həm də qarşılıqlı maraqlar zəminində inkişaf edə bilsin.

Qeyd edək ki, Ermənistan-Amerika parlament dostluq qrupu bu günlərdə ABŞ-dadır.

Sualın cavabından da göründüyü kimi, Lilit Makunts Azərbaycanın ABŞ-dakı diplomatlarının sualı qarşısında aciz qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*