Azərbaycan əleyhinə təxribatçı düzəliş Bakı-Vaşinqton münasibətlərinə necə təsir edəcək?backend

Azərbaycan əleyhinə təxribatçı düzəliş Bakı-Vaşinqton münasibətlərinə necə təsir edəcək?

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Azərbaycan əleyhinə təxribatçı düzəliş qəbul olunub. Bəs, bu, ABŞ-Azərbaycan münasibətlərinə hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Rizvan Hüseynov bildirib ki, bu addımın heç bir real təsiri yoxdur.

Bakı və İrəvan arasında sülhə bu ölkə mane olur” - İLGİNC TƏFƏRRÜAT |  KONKRET

Ekspertin sözlərinə görə, Konqresdə daim ermənipərəst qüvvələr olub, lakin hazırda onların gücü xeyli zəifləyib:

“Onların qəbul etdiyi qərarların mahiyyəti yoxdur. Bu sənəd tövsiyə xarakteri daşıyır və ABŞ-Azərbaycan münasibətlərinə heç bir mənfi təsir göstərə bilməz”.

Ekspert həmçinin əlavə edib ki, 2026-cı ildə Konqresdə demokratların çoxluq qazanması halında bu kimi sənədlərdən müəyyən təzyiq vasitəsi kimi istifadə oluna bilər:

“Amma bu da nəticə etibarilə ABŞ maraqlarına ziyan gətirəcək”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*