Azərbaycan elminə ağır itki üz verdi – FOTObackend

Azərbaycan elminə ağır itki üz verdi - FOTO

Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Eldar Mehralı oğlu Qocayev dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, Qocayev Eldar Mehralı oğlu 1944-cü il dekabr ayının 10-da anadan olub. 1962-ci ildə Qərbi Azərbaycanın İcevan rayonunun Polad kənd orta məktəbini bitirib.

1962-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakultəsində təhsil alıb. 1967-72–ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda işləyib, 1972-ci ildə həmin institutda mürəkkəb yarımkeçiricilərin alınması və elektrofiziki xassələrinin tədqiqinə həsr edilmiş namizədlik dissertasiyasını, 1985-ci ildə isə institutda doktorluq dissertasiyasını müdafiə edib.

1987-ci ildə fizika üzrə professor adını alıb.

1973-90-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialında əmək fəaliyyətinə başlayıb.1976-cı ildə inistitun Fizika kafedrasının yaradılmasında fəal iştirak edərək 1990-cı ilə qədər həmin kafedraya rəhbərlik edib. Onun rəhbərliyi ilə kafedranın nəzdində ən müasir tədqiqat işləri aparmağa imkan verən elmi-tədqiqat və tədris laboratoriyaları yaradılıb və həmin dövrdə 3 elmlər namizədi hazırlayıb. Həmin alimlər hal-hazırda Sumqayıt Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışırlar.

1987-90-cı illərdə Sumqayıt filialının elmi və tədris işləri üzrə prorektoru, 1989-cu ildə isə rektor əvəzi işləyib.

Sumqayıt şəhərində işlədiyi dövrdə yeni ixtisasların açılmasında, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində böyük işlər görüb. İşdə göstərdiyi xüsusi xidmətlərinə görə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ Həmkarlar Təşkilatının fəxri fərmanına layiq görülüb.

1990-97-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ixtisaslaşmış fakultənin dekanı işləyib.

1997-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) Fizika kafedrasının müdiri seçilib və 2021-ci ilin fevral ayaına qədər həmin kafedraya rəhbərlik edib.

Onun rəhbərliyi ilə fizika üzrə 31 fəlsəfə doktoru, 2 fizika-riyaziyyat elmləri doktoru,1 texnika elmləri doktoru və 1 pedaqoji elmlər doktoru dissertasiyaları müdafiə olunub. Halhazırda 2 elmlər doktorunun, 5 fəlsəfə doktorunun və 1 dissertantın elmi rəhbəridir.

Struktur dəyişikliyi ilə əlaqədar AzTU Elmi Şurasının 09.02.2021-ci il tarixli qərarı ilə universitedə Elektronika və Fizika kafedraları birləşib və yeni kafedra – Mühəndis fizikası və elektronika kafedrsı yaradılıb, həmin kafedraya rəhbərlik Eldar Qocayevə həvalə edilib.

Fizika sahəsində 530-dan artıq elmi əsərin, 11 dərsliyin və dərs vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün “Ümumi fizika kursu” fənn proqramının müəllifidir. 300-dən çox elmi məqalələri xarici ölkələrin nüfuzlu jurnallarında çap olunub.

2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.

Yeni Azərbaycan Partiyasının üzvüdür (YAP).//Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*