Azərbaycan-Fransa matçı: Mbappe Bakıya gələcək?backend

Azərbaycan-Fransa matçı: Mbappe Bakıya gələcək?

Fransa yığmasının ulduz futbolçusu Kilian Mbappe milli komandanın düşərgəsindən ayrılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Buna hücumçunun ayaq biləyi ilə bağlı yaşadığı problemlər səbəb olub.

Mbappenin durumunda risk olduğundan o, heyətdən çıxarılıb və yaxın günlərdə tibbi prosedurlara başlayacaq. Bu səbəbdən hücumçu qarşıdakı Azərbaycan yığması ilə oyunda Fransa millisinə kömək edə bilməyəcək.

Qeyd edək ki, Azərbaycan-Fransa görüşü noyabrın 16-da Bakıda təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*