Azərbaycan-Fransa oyunu Gəncədə keçiriləcək? – RƏSMİbackend

Azərbaycan-Fransa oyunu Gəncədə keçiriləcək? – RƏSMİ

Azərbaycan milli komandasının Fransa yığması ilə keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə qrup oyununun stadionu müəyyənləşib.

KONKRET.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Noyabrın 16-da keçiriləcək D qrupunun son tur görüşü saat 21:00-da başlanacaq.

Azərbaycan millisinin Ukrayna ilə görüşü də məhz bu arenada keçiriləcək. Oyun sentyabrın 9-da saat 20:00-da başlanacaq.

Noyabrın 16-da İslandiya ilə ev oyunu da eyni saatda başlayacaq, amma fərqli məkanda – 8-ci km stadionunda (“Neftçi Arena”) keçiriləcək.

Qeyd edək ki, Azərbaycan – Fransa matçının paytaxtda keçirilməyəcəyi iddia olunurdu. Hətta məkan kimi Gəncə şəhər stadionu göstərilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*