Azərbaycan geyim istehsalını kəskin artırdıbackend

Azərbaycan geyim istehsalını kəskin artırdı

2020-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 85,4 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən KONKRET.az– a verilən məlumata görə, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə geyim istehsalında 79,6%, toxuculuq sənayesində 25% artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 40,3% azalma müşahidə olunub.

Cari ilin ilk iki ayında 24 802,3 ton pambıq lifi və 5 110,2 min kv.m hazır pambıq parçalar buraxılıb ki, bu da 2019-cu ili analoji dövrü ilə müqayisədə müvafiq olaraq 0,6% az və 88,5% çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*