Azərbaycan gimnastları gümüş medal qazanıbbackend

Azərbaycan gimnastları gümüş medal qazanıb

Gimarayş şəhərində akrobatika üzrə dünya çempionatı keçirilir.

KONKRET.az xəbər verir ki, millimiz yarışda ilk medalını qazanıb.

Gimnastlarımız komanda yarışında fəxri kürsüdə yer alıblar. Təsnifat mərhələsində Azərbaycan akrobatları 6 növdə finala vəsiqə qazanıblar. Yığmamız bu nəticə ilə çempionatın gümüş medalını qazanıb. Millimiz yalnız Çindən geri qalıb, İsrail akrobatları isə bürüncə sahib çıxıblar.

Qeyd edək ki, temp və balans hərəkətlərində Ağasis Rəhimov-Raziyə Seyidli qarışıq dueti, Murad Rəfiyev-Daniel Abbasov kişi cütü və Riyad Səfərov-Rəsul Seyidli-Seymur-Cəfərov və Abdulla Əl-Məşayxi dördlüyü finala vəsiqə əldə edib./ Apasport

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*