Azərbaycan gözləmə mərhələsindədir: “Güc tətbiqi…” – Abramyanbackend

Azərbaycan gözləmə mərhələsindədir: "Güc tətbiqi..." - Abramyan

“Azərbaycandan Ermənistanla danışıqların müxtəlif müddəaları ilə bağlı vaxtaşırı bəyanatlar eşidilsə də, məndə belə təəssürat yaranır ki, Bakı gözləmə mərhələsindədir”.

KONKRET.az xəbər verir ki, bunu “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, ABŞ-ın yeni administrasiyası hakimiyyətə gələndən bəri müxtəlif ölkələr münaqişə ilə bağlı mövqelərini korreksiya etməyə çalışırlar.

“Bu, daha çox ABŞ-ın qərara yanaşması ilə bağlı deyil. Söhbət müəyyən vəziyyətdə güc tətbiqinin ABŞ üçün qırmızı xətt olub-olmamasından gedir. Yoxsa bu mövzu onlar üçün maraqlı və ümumilikdə indiki mərhələdə aktual deyil. Rusiya-Ukrayna münaqişəsinin mümkün həlli və qlobal Rusiya-Amerika razılaşmaları Cənubi Qafqaza təsir edəcək və nəticə verəcək. Bu, həm də regionumuzda hadisələrin hansı ssenariyə uyğun inkişaf edəcəyini müəyyənləşdirəcək”, – deyə Abramyan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*