Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatı sona yaxınlaşır.
Yarışın yeddinci günündə daha iki yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.
Turan Daşdəmirov (55 kq) finalda iranlı Payam Balutakiyə 3:5 hesabı ilə uduzaraq gümüş medala sahib olub.
Fəraim Mustafayev (67 kq) yaponiyalı Takaku Suzukiyə 5:4 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub.
Seymur Qasımov (72 kq) təsəlliverici görüşdə qazaxıstanlı Yussuf Aşrapova “tuş”la uduzub.
Beləliklə, Azərbaycan güləşçiləri dünya çempionatında ümumilikdə 8 medal qazanıblar. Daha öncə Ayxan Cavadov (60 kq) qızıl, Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal əldə ediblər.