Azərbaycan hərbçisi şəhid oldubackend

Azərbaycan hərbçisi şəhid oldu

Bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əsgər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb, dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.

Baş vermiş hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri hə­yata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*